ABŞ-da Lukaşenko və Trampın görüşünə hazırlıq barədə məlumat verilib
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Sumqayıtda tonqalda partlayış zamanı xəsarət alanların vəziyyəti açıqlanıb
İranın Berlindəki səfiri: "Hörmüz boğazı təcavüzkar olmayan ölkələrin gəmiləri üçün açıqdır"
27 Yanvar 2021 17:00
1 806
Ağsu rayonunda tibb işçilərinin koronavirus infeksiyasına qarşı peyvəndləmə prosesi yekunlaşmaq üzrədir.
Bu barədə Trend-ə açqlamasında Ağsu rayon Mərkəzi Xəstəxanasının direktoru Əli Hüseynov deyib. Direktor bildirib ki, artıq 305 tibb işçisi pryvənd olunub: "Ümumilikdə, rayon üzrə 450 nəfər tibb işçisi peyvənd olunmalıdır. 94 tibb işçisi isə koronavirus infeksiyasına yoluxduğu üçün onlar peyvənd olunmayacaq".
Ə.Hüseynov bildirib ki, tibb işçiləri özləri könüllü olaraq peyvənd olunmaq üçün müraciət edirlər: "Müraciətlərə baxılır, yoxlanılır, əgər əks təsir yoxdursa, onların peyvəndlənməsinə şərait yaradılır".
Direktor qeyd edib ki, xəstəxanada peyvəndlənmə prosesinin həyata keçirilməsi üçün bütün şərait yaradılıb.
15:55
217
11:05
1 701
22 Mart 17:17
1 407