Elman Abdullayev etimadnaməsini Efiopiya Prezidentinə təqdim edib Hadisə

Elman Abdullayev etimadnaməsini Efiopiya Prezidentinə təqdim edib

Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elman Abdullayev etimadnaməsini bu ölkənin Prezidenti Mulatu Teşomeyə təqdim edib.
Azərbaycan XİN-in mətbuat xidməti xəbər verir ki, görüşdə səfir E. Abdullayev Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını cənab Mulatu Teşomeyə çatdırıb.
Azərbaycanın Afrika qitəsinin mühüm ölkələrindən biri olan Efiopiya ilə münasibətlərin inkişafında və bir sıra sahələrdə, o cümlədən iqtisadiyyat, humanitar, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edən E. Abdullayev, iki ölkə arasındakı münasibətlərin yeni müstəviyyəyə qaldırılması üçün böyük potensialın mövcud olduğunu bildirib. Efiopiya Prezidenti Elman Abdullayevə fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə həmçinin, müxtəlif sahələrdə perspektiv əməkdaşlıq imkanları müzakirə olunub.