22 Dekabr 16:47
22 Dekabr 16:09
22 Dekabr 12:44
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
23 Fevral 2021 14:18
2 373
Avropa Şurasının (AŞ) Yerli və regional hakimiyyətlər Konqresinin nümayəndə heyəti fevralın 23-dən 25-dək Azərbaycanın Avropa Yerli Özünüidarə Xartiyasına uyğunluğunu monitorinq edəcək.
Trend bu barədə Konqresə istinadən məlumat verir.
AŞ-nin iki həmməruzəçisi Bernd Feringer (Almaniya) və Stüart Dikson (Böyük Britaniya) 2012-ci ildə baş tutmuş son monitorinqdən sonra baş verən hadisələrə diqqət ayıracaqlar.
Pandemiya ilə əlaqədar məruzəçilər Konqresdəki Azərbaycan milli nümayəndə heyəti, yerli və regional hakimiyyət orqanlarının milli assosiasiyaları, Milli Məclisin Regional əlaqələr komitəsinin sədri, Konstitusiya Məhkəməsinin sədri və Azərbaycanın insan hüquqları üzrə müvəkkili ilə onlayn rejimdə görüşəcəklər.
Bundan başqa, onların ədliyyə nazirinin müavini, Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri və Bakı şəhər icra hakimiyyətinin və digər yerli hakimiyyət orqanlarının nümayəndələri ilə də görüşləri nəzərdə tutulub.
Görüşlərin yekununa əsasən hesabat hazırlanacaq. Hesabata daha sonra Monitorinq Komitəsi tərəfindən baxılacaq.
22 Dekabr 21:38
1 022
22 Dekabr 18:04
1 092
22 Dekabr 17:53
1 057