Azərbaycana yeyinti məhsullarının idxalı 5% artıbAzərbaycana yeyinti məhsullarının idxalı 5% artıb Hadisə

Azərbaycana yeyinti məhsullarının idxalı 5% artıbAzərbaycana yeyinti məhsullarının idxalı 5% artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 227 267,05 min ABŞ dollarına bərabər olub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, cari ilin ilk iki ayında yeyinti məhsulları üzrə idxalın dəyəri ötən ilin analoji dövrünə nisbətən 5% çoxdur.

Ümumilikdə, yanvar-fevral aylarında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 14,1% təşkil edib.

Hesabat dövründə ölkəyə 10 191,98 min dollar dəyərində 6 044,71 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq dəyər ifadəsində 28%, həcm göstəricisi üzrə isə 23,3% azdır.

Cari ilin yanvar-fevral ayları ərzində ölkəyə 1 847,64 min dollar dəyərində (artım 0,3%) 1 214,48 ton (azalma 1,9%) süd idxal olunub.

Ölkəyə həmçinin, 9 483,80 min dollar dəyərində 1 937,69 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 12,2% və 11,2% azdır.