İran: "Zəifləməmişik, əksinə, daha da güclənmişik"
26 May 14:54
15 Aprel 2021 13:58
1 939
Sanitariya-gigiyena qaydalarını pozan şəxs məsuliyyətə cəlb olunub
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.
Aprelin 14-də Abşeron rayonu ərazisində keçirilən növbəti belə tədbir zamanı Qobu qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Qobu bələdiyyəsinin sədri A.Nəcəfov barəsində protokol tərtib edilərək 3.000 manat məbləğində cərimələnib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
27 May 11:29
1 232
26 May 19:54
1 456
26 May 17:43
1 421