ANAMA bir ayda 1 056 733 kvadrat metr ərazini təmizləyib Hadisə

ANAMA bir ayda 1 056 733 kvadrat metr ərazini təmizləyib

Bakı, 9 fevral, SalamNews. Bu ilin yanvar ayı ərzində 1,056,733 kvadrat metr ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənmişdir. 81 PHS, 8 ədəd tank əleyhinə mina və 24 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Bu barədə "SalamNews"a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, əməliyyatlarda 485 nəfər minaaxtaran mütəxəssis və 121 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 279,354,449 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 689,704-dir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax və Tərtər rayonlarında davam etdirilir.
2015-ci ilin yanvar ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.