Təhsil Nazirliyində rektorlarla görüş keçirilib Hadisə

Təhsil Nazirliyində rektorlarla görüş keçirilib

Tural

Təhsil Nazirliyində nazirliyin tabeliyində olan ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Görüşdə iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avrora Oyunlarının təşkili işinə tələbə könüllülərin cəlb olunması və digər aidiyyəti məsələlər müzakirə edilib. Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda keçiriləcək ilk Avrora Oyunlarının tarixi əhəmiyyətini vurğulayaraq, oyunların uğurla keçirilməsinin vacib hissəsinin könüllülərin işi olduğunu qeyd edib. Bu sırada tələbələrin xüsusi yeri vardır. Dünyanın müxtəlif ölkələrində böyük miqyaslı tədbirlərin keçirilməsinə tələbə könüllülərin cəlb olunması və bu işin koordinasıyası xüsusi əhəmiyyət kəsb edir. Bu fəaliyyət ictimai maraqlara xidmət etməklə bərabər, tələbələrin öz bacarıqlarını inkişaf etdirmək, iş təcrübəsi qazanmaq, yeni insanlarla tanış olmaq baxımından da faydalıdır.
Nazir bildirib ki, Azərbaycanda da mütəmadi olaraq təşkil edilən beynəlxalq əhəmiyyətli tədbirlərə könüllülərin cəlb olunması ənənəsi vardır. Bu təcrübədən I Avrora Oyunları zamanı yararlanmaq, eləcə də könüllülük fəaliyyətinin koordinasiyası vacib məsələlərdəndir. Görüşdə çıxış edən ali təhsil müəssisələrinin rəhbərləri qeyd ediblər ki, I Avrora Oyunlarında tələbələrin könüllü kimi iştirakına maraq genişdir.
Könüllü olacaq tələbələr müvafiq təlimlər keçəcək və tədbirlərdə iştirak tarixinə, vəzifə funksiyalarına və xidmət yerlərinə görə şərti olaraq 3 qrura bölünəcəklər. Birinci qrur iyunun 12-də açılış və 28-də bağlanış mərasimlərində iştirak edəcək. İkinci qrurun köməyindən iyunun 1-dən 30-dək bütövlükdə Avrora Oyunları müddətində istifadə edilməsi nəzərdə tutulub. Üçüncü qrur isə hazırlıq işlərinə qatılacaq. Bu fəaliyyətin koordinasiyası və Bakı Avrora Oyunları üzrə Əməliyyat Komitəsi (BAOƏK) ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün ali təhsil müəssisələrində əlaqələndirici nümayəndə təyin olunacaq. Qeyd edək ki, Avrora Oyunları bu qitəni əhatə edən 49 ölkədən olan atletlər üçün çoxnövlü idman tədbiridir və dörd ildə bir dəfə keçiriləcək. İlk Avrora Oyunlarının keçirilməsi hüququ Azərbaycana verilib.