08:56
588
ABŞ Silahlı Qüvvələrinin əsas podratçılarından biri olan "Raytheon" şirkəti ölkədə sursat ehtiyatlarının azalması fonunda ABŞ Hərbi Dəniz Qüvvələrinə tutucu raketlərin tədarükü üçün Pentaqonla 24,4 milyard dollarlıq müqavilə bağlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə hərbi idarənin mətbuat xidməti məlumat yayıb.
İlkin müddəti beş il olan və müddəti daha iki il uzadılması nəzərdə tutulan müqavilə "ABŞ HDQ üçün "SM-6" raketlərinin fasiləsiz və etibarlı tədarükünü təmin edəcək", - deyə sənəddə qeyd olunur. Hərbi Nazirliyin məlumatına görə, bu sifariş havada və dənizdə hərbi əməliyyatların aparılması üçün "vacib sursatlar" sayılan raketlərin istehsalını sürətləndirməyə imkan verəcək.
Sentyabrın ortalarında Pentaqonun müstəqil nəzarət organı funksiyasını yerinə yetirən Baş Müfəttiş Aparatı İranla müharibə səbəbindən sursat qıtlığının yarandığını bildirmişdi. Bundan əlavə, Konqresin Büdcə İdarəsi Amerikanın tutucu raket ehtiyatlarının tükənməsi ilə bağlı narahatlığını ifadə edib. Qurum ABŞ-nin 2025-ci ilin iyun ayından bəri "bu sursat ehtiyatlarının yarısından üçdə ikisinədək hissəsini xərclədiyi" qənaətinə gəlib.
Məryəm Quliyeva