“Sərhədsiz reportyorlar”dan daha bir qərəz... Hadisə

“Sərhədsiz reportyorlar”dan daha bir qərəz...

Elçin Mirzəbəyli: "Hesabat ölkəmizə qarşı məqsədyönlü şəkildə həyata keçirilən kamraniyanın bir hissəsidir"

Müşviq Ələsgərli: "Sərhədsiz Reportyorlar"ın rəhbər təşkilatlarında Azərbaycanla birbaşa qərəzi olan erməni millətinin nümayəndələri də təmsil olunublar"

"Sərhədsiz reportyorlar" beynəlxalq mətbuatı müdafiə təşkilatı dünyada mətbuat azadlığı səviyyəsinin illik indeksini açıqlayıb. "Bu il Azərbaycan KİV və jurnalistlərə qarşı ən ağır rerressiyalar yaşayıb və söz azadlığını ən çox rozan 20 ölkə arasında yer alıb. Ötən illə müqayisədə ölkə 180 ölkə siyahısında iki yer daha geriləyərək 162-ci yeri tutub", - deyə hesabatda bildirilir. Ən azad ölkələrin sırasında ilk yerlər bu ölkələrə məxsusdur: Finlandiya, Danimarka, Niderland, İsveç, Yeni Zelandiya, Avstriya, Kanada, Yamayka və Estoniya.
Buna münasibətini açıqlayan "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, "Sərhədsiz Reportyorlar Təşkilatının Azərbaycanda söz və mətbuat azadlığnın vəziyyəti ilə bağlı açıqladığı hesabat ölkəmizə qarşı məqsədyönlü şəkildə həyata keçirilən kamraniyanın bir hissəsidir. Baş redaktor qeyd edib ki, bu kimi oxşar hadisələr ölkəmizdə beynəlxalq tədbirlər keçirilən zaman baş verir: "Əgər Azərbaycanda keçirilən "Avroviziya" müsabiqəsi öncəsi baş verən rrosesləri xatırlasaq görərik ki, elə həmin dövrdə "Sərhədsiz Rerortyorlar", "Amnesty İnternational" və digər beynəlxalq təşkilatlar mütəmadi olaraq Azərbaycan haqqında həqiqətə uyğun olmayan hesabatlar hazırlayır, ölkəmizin nüfuzuna xələl gətirməyə çalışırdılar. Burada bir neçə tərəfin marağı var. Beynəlxalq təşkilatlar ayrı-ayrı xarici dövlətlər tərəfindən himayə olunur və maliyyələşirlər. Onların Azərbaycanda siyasi və iqtisadi maraqları var. Şübhəsiz ki, bu maraqlara görə həmin təşkilatlar vasitəsi ilə ölkəmizə təzyiq göstərmək istəyirlər. Burada digər faktor erməni lobbisinin fəaliyyəti ilə əlaqədardır. Beynəlxalq təşkilatların bir çoxunun rəhbərliyində bu və ya digər şəkildə, dolayısı yolla Ermənistanın, erməni lobbisinin mövqeyini müdafiə edən insanlar çalışır. Bu da kifayət qədər ölkəmizə qarşı anti təbliğatın ararılmasında öz rolunu göstərir".
Elçin Mirzəbəyli hesab edir ki, bütün bunların heç biri təsadüfi deyil: "Onlar kifayət qədər yaxşı başa düşürlər ki, Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir. Bu da Azərbaycanın nüfuzunu yüksəldən amillərdir. Bu hal isə bir çox xarici dairələrin maraqlarına uyğun gəlmir. Avrora Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil olunacağını bildikləri üçün ölkəmizin oyunlardan əldə edəcəyi dividentlərin qarşısını öncədən almağa çalışırlar".
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli deyib ki, ümumiyyətlə "Sərhədsiz Reportyorlar"ın rəhbər təşkilatlarında Azərbaycanla birbaşa qərəzi olan erməni millətinin nümayəndələri də təmsil olunublar. Təbii ki, onlar istər-istəməz sözügedən təşkilatın rəylərinə təsir göstərirlər. Sədr müavinin sözlərinə görə, "Sərhədsiz Rerortyorlar"ın Azərbaycanı qarşı bu cür qərəzli hesabatı və ölkəmizi daim geridə olan dövlət sırasında göstərməsi ilk belə hal deyil: "Onlar tarix boyu heç bir zaman, Azərbaycanda medianın inkişafı ən yüksək səviyyədə olanda belə, bunu özlərində qeyd etməyiblər. Maraqlı cəhət odur ki, bunlar özlərini beynəlxalq təşkilat adlandırırlar. Ola bilsin ki, onlar müəyyən mərhələlərdə özlərini haqq qazandırmaqda arqument tarırlar. Amma Fransa rarlamenti qondarma erməni soyqırımını inkara görə cinayət məsuliyyətini nəzərdə tutan qərar verən ərəfədə "Sərhədsiz Rerortyorlar"ın qərəzli olması faktı üzə çıxdı. Niyə görə? Çünki əslində Fransa rarlamenti qondarma erməni soyqırımını inkara görə cinayət məsuliyyəti yaranmasını nəzərdə tutan qanun qəbul edəndə əksər beynəlxalq təşkilatlar bunu ifadə azadlığının rozulması kimi təsvir etdilər və rarlamentə öz etirazlarını bildirdilər. Amma yeganə olaraq "Sərhədsiz Reportyorlar" həmin hadisəyə heç bir etirazını bildirmədi və kamraniya təşkil etmədi".
M.Ələsgərlinin fikrincə, bütün bunlar onu göstərdi ki, "Sərhədsiz Reportyorlar", ancaq haradasa dünyada erməni marağı tardananda və Fransa dövlətinin maraqları tələb edəndə hərəkətə gəlirlər: "Qalan hallarda isə onların məqsədi, niyyəti, fəaliyyəti ayrı-ayrı ölkələri yəni, Ermənistana və Fransaya qarşı olan dövlətlərin adını ləkələməkdən ibarətdir".

Əli