Qəbələdə Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklərlə bağlı seminar-müşavirə Hadisə

Qəbələdə Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklərlə bağlı seminar-müşavirə

Tərlan

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) təşkilatçılığı ilə 12 fevral 2015-ci il tarixində Qəbələ şəhərində zona seminar-müşavirəsi keçirilib. Şimal-qərb bölgəsindən 10 şəhər və rayonun icra hakimiyyəti başçıları müavinlərinin, baş memar və hüquqşünasların iştirakı ilə keçirilən seminar-müşavirədə yeni Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar müddəalar, onların tətbiqi zamanı yerli icra hakimiyyətləri ilə Fövqəladə Hallar Nazirliyi arasında əlaqələrin qurulması kimi məsələlər müzakirə edilmişdir. Seminar-müşavirədə çıxış edən TTNDA Baş Dövlət Tikinti Müfəttişliyinin əməkdaşları tikintiyə icazənin verilməsi üzrə icraat, tikinti layihələrinin ekspertizası, tikinti işlərinin dayandırılması və obyektlərin sökülməsi, eləcə də məcəllədə nəzərdə tutulan digər bölmələr üzrə əlavə və dəyişikliklərin mahiyyəti barədə ətraflı məlumat vermişdir.
Bundan başqa, tədbir iştirakçılarına yeni məcəllə ilə bağlı ortaya çıxan sənədləşmə prosedurlarından ətraflı bəhs edilmişdir. Bildirilmişdir ki,tikintilər işləri aparılarkən beynəlxalq dərəcəli avtomobil və dəmir yollarına, neft və qaz borularına, yanacaqdoldurma məntəqələrinə uzaqlıq tələblərinə ciddi riayət olunmalıdır. TTNDA-nın əməkdaşları yerli icra orqanlarının nümayəndələrinin yeni Şəhərsalma və Tikinti Məcəlləsindən irəli gələn məsələlərlə bağlı suallarnı cavablandırmışlar. Seminar-müşavirənin sonunda tədbir iştirakçılarına hüquqi-normativ sənədlər, yeni Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqinə dair metodiki vəsaitlər paylanıb.