BTQ-nin tikintisi bu ilin sonunda başa çatacaq Hadisə

BTQ-nin tikintisi bu ilin sonunda başa çatacaq

"Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi 2015-ci ilin axırında başa çatacaq".
Bunu İstanbulda keçirdiyi mətbuat konfransında APA-nın sualını cavablandırarkən Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Lütfi Əlvan deyib.
Layihənin xeyli yubanmasının səbəbini şərh edən nazir deyib: "Bakı-Tiflis-Qars dəmiryolunun Türkiyə ərazisindəki uzunluğu 79 kilometrdir. Türkiyə tərəfində görüləcək işlər tamamilə başa çatdırılıb. 2015-ci ilin axırında dəmiryolu xəttini istifadə verəcəyik. Bu xətt tarixi "İpək yolu"nun canlandırılması istiqamətində mühüm addımlardan biri olacaqdır. Bu dəfə təxirə salınma olmayacağını və dəmiryolu xəttinin 2015-ci ilin axırında istifadəyə veriləcəyini deyə bilərəm".
Qeyd edək ki, Qars-Axalkalaki-Tiflis dəmiryolu tikintisinin 2013 və 2014-cü ilin axırında istismara veriləcəyi daha əvvəl açıqlansa da, bunu reallaşdırmaq mümkün olmayıb. Türkiyə tərəfi işin Gürcüstan tərəfindəki landşaftın mürəkkəbliyindən meydana gəldiyini bildirib.