“Avropa Oyunları Azərbaycan üçün tarixi , əlamətdar bir hadisədir” Hadisə

“Avropa Oyunları Azərbaycan üçün tarixi , əlamətdar bir hadisədir”

Azər Badamov: "Avropa Oyunları məşəli alovunun işığı Azərbaycanı istəməyən qüvvələrinin gözlərini kor edəcək"

"Azərbaycan günü-gündən inkişaf edir və sözün əsl mənasında müstəqil beynəlxalq siyasət yürüdür. Bu müstəqillik Azərbaycanın həm iqtisadi, həm də siyasi həyatında tam özünü göstərir". Bunu Milli Məclisin (MM) deputatı Azər Badamov deyib
Deputatın sözlərinə görə, iqtisadiyyatımız xarici təsirlərdən asıllı deyil, işsizlik azalır, əhalinin yaşam səviyyəsi yüksəlir, ölkədə siyasi sabitlik ilbəil möhkəmlənir.
O, qeyd edib ki, amma, özlərini dünyanın ən qabaqcıl adlandıran ölkələr borc içində boğulur, işsizlik günü- gündən çoxalır,həyat səviyyəsi aşağı düşür və sözün əsl mənasında iqtisadi böhran yaşayırlar: "Bu ölkələr dünyaya demokratiya və insan haqlarından yol göstərmək, dərs vermək istədikləri halda öz ölkələrinin siyasi arenalarında əsl diktatura, irqçilik, ksenefobiya hökm sürür, vətəndaşlarına irqi-milli mənsubiyyətlərinə görə təzyiqlər, hətta, öz narazılıqlarını bildirmək istəyənlərə qarşı fiziki təzyiqlər və həbslər genişlənməkdədir. Təbii haldır ki, belə ölkələrin bəzi nümayəndələrində dinamik inkişaf edən, qısa bir zamanda böyük məsuliyyət tələb olunan Avropa Oyunlarının keirilməsinə yüksək hazırlaşmış ərazicə kiçik , potensialına görə çox böyük olan Azərbaycana qarşı qısqanclıq olmalıdır. Onlar bunu heç cür həzm edə bilmirlər və bilməzlər.
Bir neçə gün öncə Avropa Parlamentində Azərbaycanla bağlı aparılmış "dinləmələr" də bunu sübut edir. Öz ölkələrinin həbsxanalarında siyasi məhbusların əlindən yer qalmayan Avropa Parlamentinin nümayəndələri ölkəmizdə müəyyən cinayət əməllərinə görə həbs olunmuş məhkumları azadlığa buraxmağı tələb edirlər. Onlar birdəfəlik başa düşməlidirlər ki, Azərbaycanla təhdid dilində danışmaq olmaz, ölkəmiz müstəqildir və hamı buna hörmətlə yanaşmalıdır. Avropa Oyunlarının keçirilməsi də Azərbaycan üçün tarixi , əlamətdar bir hadisədir və hər bir ölkə vətandaşı da böyük intizarla 12 iyunu gözləyir.
Həm də qeyd etmək istəyirəm ki, Avropa Oyunları məşəli alovunun işığı Azərbaycanı istəməyən qüvvələrinin gözlərini kor edəcək. Azərbaycan nəinki Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək, həm də bundan sonra gələn İslam Həmrəylik Oyunları və başqa bir çox beynəlxalq tədbirləri də yüksək səviyyədə keçirəcək. Ölkəmiz buna tam qadirdir. Çünk Azərbaycanın yüksək iradəli , ölkənin gələcəyini düşünən və xalqın sevimlisi olan lideri var".