Sülh Şurası Qəzzada gərginliyin azaldılmasına çalışır Dünya

Sülh Şurası Qəzzada gərginliyin azaldılmasına çalışır

Qəzza zolağındakı vəziyyəti tənzimləmək üçün yaradılmış Sülh Şurası və vasitəçi dövlətlər İsrail tərəfindən həyata keçirilən son zərbələr seriyasından sonra anklavda gərginliyi azaltmağa niyyətdədirlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Sülh Şurasının Qəzza üzrə ali nümayəndəsi Nikolay Mladenov bəyan edib.

"Qəzza zolağı boyunca iki gün davam edən zərbələr nəticəsində dinc sakinlər həlak olub, əhalinin həyatının asılı olduğu dərman ehtiyatları məhv edilib. Komandam və mən vəziyyəti gərginlikdən çıxarmaq və ABŞ Prezidenti Donald Trampın sülh planının tam reallaşdırılması üçün şərait yaratmaq məqsədilə hər iki tərəflə, vasitəçilərlə və regional tərəfdaşlarla gecə-gündüz işləyirik", — deyə Mladenov "X" sosial şəbəkəsində yazıb.

O vurğulayıb ki, hər iki tərəf — həm İsrail, həm də radikal Fələstin hərəkatı HƏMAS sülh tənzimlənməsi üzrə sazişin şərtlərinin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.

Məryəm Quliyeva