"Qalatasaray" "Rams Park"ın tutumunu artıracaq İdman

"Qalatasaray" "Rams Park"ın tutumunu artıracaq

Türkiyə təmsilçilərindən "Qalatasaray" ev oyunlarını keçirdiyi "Rams Park" stadionunun tamaşaçı tutumunu artırmağı planlaşdırır.

Bunu klubun İdarə Heyətinin üzvü Bora Bahçetepe açıqlayıb.

O bildirib ki, stadionun genişləndirilməsi ilə bağlı araşdırmalar aparılıb və bunun texniki baxımdan mümkün olduğu müəyyənləşdirilib:

"İdarə Heyətimizin üzvü Sedat Artukoğlu 2024-cü ildə vəzifəyə başladıqdan sonra bu məsələni araşdırdı. Stadionun struktur bütövlüyü yoxlanıldı. Damın qaldırılması və yuxarı mərtəbələrə əlavə tribunaların inşası mümkündür. Lakin bu, həm böyük layihə, həm də ciddi maliyyə tələb edən bir işdir".

Klub rəsmisi hazırda UEFA-nın icazə verdiyi limitlər çərçivəsində stadionun tutumunun mərhələli şəkildə artırıldığını da bildirib.

"Hər il təxminən 300-500 yeni oturacaq əlavə etməklə stadionun tutumunu artırırıq", - deyə o əlavə edib.