14:58
322
Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Ruben Rubinyan Ermənistan Milli Məclisinin yeni tərkibdə keçirilən ilk iclasında parlament sədri seçilib.
Teleqraf xəbər verir ki, qapalı səsvermədə hakim fraksiyanın bütün üzvləri yekdilliklə onun lehinə səs verib.
Müxalif “Ermənistan” və “Çiçəklənən Ermənistan” fraksiyalarının üzvləri səsvermədə iştirak etməyiblər.
Qeyd edək ki, Milli Məclisin sədri vəzifəsinə namizəd göstərilən yeganə namizəd də Ruben Rubinyan olub.