14:18
308
“Sabah”ın UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçirilib.
Valdas Dambrauskasın komandası III təsnifat mərhələsində Danimarka təmsilçisi “Orhus”u keçəcəyi təqdirdə "Hapoel" (İsrail) - "Srvene Zvezda" (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün III təsnifat mərhələsinin matçları 5 və 11 avqust tarixlərində keçiriləcək.