Əbülfəs Qarayev Xorvatiyada səfərdədir Hadisə

Əbülfəs Qarayev Xorvatiyada səfərdədir

Tural

2015-ci il 27-29 may tarixində Xorvatiyanın Rovinj şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının Icraiyyə Şurasının 100-cü sessiyası keçiriləcəkdir. Sessiyada iştirak etmək üçün Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyanın Rovinj şəhərində səfərdədir. İclas zamanı BMÜTT-nin Baş Katibinin beynəlxalq turizmdə mövcud vəziyyət, gələcək meyllər, təşkilatın maliyyə durumu, 2014-2015-ci illər üçün fəaliyyət proqramının icrası və s. məsələlərlə bağlı məruzəsi dinləniləcəkdir. "Turizmdə innovasiya: mövsümiliyə üstün gəlməyin yeni yolları" mövzusunda keçiriləcək budəfəki sessiya zamanı müzakirə olunacaq əsas məsələlərdən biri də 2016-2017-ci illərdə Dünya Turizm Gününün mövzuları və keçiriləcəyi yerin müəyyən olunmasıdır.