Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Tanrı Azərbaycanı qorusun!

Tanrı Azərbaycanı qorusun! Hadisə

Tanrı Azərbaycanı qorusun!

Elçin Mirzəbəyli

...Kimliyindən, harada və necə yaşamasından asılı olmayaraq, ruhuyla, qanıyla bu torpağa bağlı olan insanların taleyinin bir az da Azərbaycana bənzədiyini düşünürəm... Bu fikir I Avropa Oyunlarının açılış mərasimini izlədiyim andan düşüncəmə hakim kəsilib. Tərənnüm etməyə sözün belə aciz qaldığı əsrarəngiz və estetik gözəlliyin, təntənənin, coşqunun içərisində eyni anda iki film izləyirdim sanki... İstiqlal mücadiləmizin və müstəqilliyimizin ilk illərindən bütün yaşadıqlarım və yaşadıqlarımız keçirdi gözümün önündən. Gör hardan hara gəldik... Həm də dişimizlə-dırnağımızla, qeyri-bərabər bir şəraitdə savaşaraq, mücadilə apararaq...
Biz azərbaycanlılar tarix boyu haqqımız olan ən adi nəsnələri əldə etmək üçün belə amansız təzyiqlər qarşısında duruş gətirmək, mücadilə aparmaq məcburiyyətində qalmışıq. Azərbaycanımız kimi...
...Bizə müstəqilliyimizi bizimlə eyni düşərgədə 70 illik istibdad dönəmini yaşayan digər respublikalardan fərqli olaraq "qızıl məcməyi"də hədiyyə etməyiblər. Müstəqillik ağacımızın hər yarpağı qanla suvarılıb. Silahsız-sursatsız, yalın əllə, ürəyimizlə, ruhumuzla savaşmışıq isdibdada qarşı! Dünyanın gözü qarşısında günahsız istəklərimizə tanklarla divan tutublar. ...Topuna qərənfil sancdığımız tankların tırtılları altında can vermişik.
...Yurdumuz-yuvamız yağmalanıb, dağıdılıb, uçurdulub, tarimar edilib.
...Ev-eşiyimizdən didərgin düşmüşük, soyuq çadırlarda, vaqonlarda gün keçirmişik....
Bizi bir millət olaraq Yer üzündən silmək istəyiblər...
Əsir düşmüşük, girov götürülmüşük, amma ruhumuz əsir düşməyib, zülmə, istibdada əyilməmişik!
Şimaldan, cənubdan, qərbdən, şərqdən üzərimizə yürüyən neoiperialst iddialarla, xurafatla, sinsi "demokratiya" və məxməri işğalla qarşı-qarşıya qalmışıq. Bizi paramparça etmək, bölgə-bölgə bölmək, qapazaltıya, mağmına, məzluma çevirmək istəyiblər. Dirənmişik!
Heç xoş günümüzü istəyən olmayıb ki... Nə zaman sevinmək, Tanrının bizə verdiyi fitri istedadı, bacarığı nümayiş etdirmək, bir millət olaraq gücümüzü, potensialımızı ortaya qoymaq istəmişik, burnumuzdan gətirməyə çalışıblar.
24 il... Nağara ritmləri altında geriyə sayımla başladı Açılış Mərasimi... Və mən də dörd bir yandan başımıza endirilən zərbələri anaraq geriyə qayıtmağa, yaşadığımız ağrılı-acılı günləri, aclığı, səfaləti, xatırlamağa, üstümüzə qıcanan qanlı dişlərin xırçıltısının, qanımıza bulanan qanlı əllərin titrəyişinin səsini yenidən və yenidən dinləməyə çalışdım.
Hardan hara gəldik!
Açılış mərasimindən çıxanda ürəyində Azərbaycan daşıyan bacı və qardaşlarımın necə qürurla addımladıqlarının şahidi oldum! Və bir daha I Avropa Oyunları ərəfəsində üzərimizə yürüyənlərin məkrli niyyətlərinin təməlində dayanan əsas səbəbin məhz bu qürurla, özünəinamla bağlı olduğunu yəqinləşdirdim.
Fərd və millət olaraq bu sınaqdan daha güclü, daha bütüv və daha qürurlu çıxdığımıza və bundan sonra qarşımızda dayanan maneələri də eyni əzmlə aşacağımıza zərrə qədər də şübhə etmirəm!
Çünki bizim taleyimiz Azərbaycanın, Azərbaycanın taleyi isə bizim taleyimizdir! Bu qədər əsrarəngiz, cazibədar və qururlu görünməyimizin səbəbi də elə bundadır!
Tanrı bizi gələcəyə qürurla aparanları, böyük hədəflərə doğru əzmlə və yorumadan addımlayanları qorusun!
Tanrı Azərbaycanı qorusun!
Amin!