Nadir Qafarzadəni toyda döydülər Mədəniyyət

Nadir Qafarzadəni toyda döydülər

Müğənni Bakıdakı şənlikdə bəyin qohumlarının qəzəbinə tuş gəlib.
Tanınmış müğənni Nadir Qafarzadənin bu yaxınlarda Bakıda keçirilən toylardan birində döyüldüyünə dair xəbər yayılıb. TİA.AZ xəbər verir ki, müğənninin döyülməsinin səbəbi məlum deyil.
Bilinən odur ki, Qafarzadəyə hücum edən elə bəyin yaxın qohumları olub. Bir neçə gənc müğənni oxuyan zaman ona yaxınlaşaraq, yumruq atıblar. Araya digər qohumların girməsiylə ortalıq yatışdırılıb. Müğənninin onu vuranları məhkəməyə verib-verməyəcəyi isə məlum deyil.