Kino işinin təşkili və inkişafında gənclərin roluna həsr olunan görüş Mədəniyyət

Kino işinin təşkili və inkişafında gənclərin roluna həsr olunan görüş

Nizami Kino Mərkəzində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin gənc kinematoqrafçılarla görüşü keçirilib. Görüş ölkəmizdə kino işinin təşkili və inkişaf etdirilməsində gənclərin roluna həsr olunub.
Tədbirdə çıxış edən Ədalət Vəliyev ölkəmizdə kino sənayesinin inkişafı istiqamətində son on ildə görülən işlər, əldə olunan nailiyyətlər haqqında məlumat verib. Bildirib ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki mərhələsində mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara diqqət və qayğı ilə yanaşıb. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin bu siyasətini layiqincə davam etdirir: "Bilirsiniz ki, 90-cı illər son dərəcə çətin bir dönəm idi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə ölkədə milli və xarici filmlərin daimi qorunub saxlanılması üçün vacib olan Azərbaycan Dövlət Film Fondu yaradıldı. Prezident İlham Əliyevin Sərəncamı ilə 2008-ci ildə Dövlət Film Fondu üçün yeni binanın tikintisinə başlanıldı və 2009-cu ildə bina istifadəyə verildi. Sovetlər birliyi dağıldıqdan sonra dövlət kino siyasətinin "Azərkinovideo" İctimai Birliyi (İB) tərəfindən həyata keçirildiyi 1990-cı illərdə kino sənayesi tənəzzül dövrünü yaşayırdı. O zamanlar film istehsalı üçün dövlət büdcəsindən maliyyə ayrılmırdı. 2001-ci ildə Prezident Heydər Əliyevin Sərəncamı ilə "Azərkinovideo" İB ləğv edilərək kino sahəsində dövlət idarəetmə funksiyası Mədəniyyət Nazirliyinə verildi. Əgər 2001-ci ildə kinonun illik büdcəsi 250 min manat idisə, 2003-cü ildə bu rəqəm 0,6 milyon manat, Mədəniyyət və Turizm Nazirliyi təşkil olunduğu 2006-cı ildə 3,3 milyon, 2016-cı ildə isə 5,9 milyon manat olmuşdu. Bu gün respublikamızda 1 dövlət, 12 özəl kinoteatr fəaliyyət göstərir. Siz gənclər kinonun tamaşaçıya düzgün çatdırılmasında, kino zövqünün formalaşdırılmasında yaxından iştirak edərək həm də təcrübə qazanmalısınız. Hazırda Azərbaycan Prodüserlər Gildiyası, Kinorejissorlar Gildiyası və Kinoaktyorlar Gildiyası fəaliyyətdədir. Təşkilatların, gildiyaların yaradılmasında məqsəd sənətçiləri bir mərkəzdə birləşdirmək, onların yaradıcılıq potensiallarının üzə çıxarılmasına köməklik göstərməkdir. Bu təşkilatlarda gənclər də yaxından iştirak etməli, müzakirələr və diskussiyalar, yaradıcılıq görüşlərində yaxından iştirak etməlidirlər".
Son illərdə kino sahəsində qazanılan uğurları təhlil edən nazir müavini işdə yol verilən qüsurlara da toxunub. Kino qurumlarının hazırkı fəaliyyəti və görəcəkləri işlərlə bağlı qarşıya qoyulan məqsədlər diqqətə çatdırılıb.
Qeyd olunub ki, dövlət başçısının 2008-ci il 4 avqust tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" Azərbaycan kino sənətinin inkişafında yeni bir mərhələnin başlanması ilə nəticələnib.
Ədalət Vəliyev Azərbaycan kinosunun inkişafı və təbliğində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən də söz açıb: "Heydər Əliyev Fondu mədəniyyətin digər sahələri ilə yanaşı, milli kinonun inkişaf etdirilməsi istiqamətində də uğurlu fəaliyyətini illərdir ki, davam etdirir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü və himayəsi ilə 2011-2016-cı illərdə dünyanın ən nüfuzlu kino festivalı olan Kann Film Festivalında ölkəmizi təmsil edən xüsusi pavilyon fəaliyyət göstərib".
Ədalət Vəliyev diqqətə çatdırıb ki, gələn il milli kinomuzun 120 yaşı tamam olur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu əlamətdar hadisəyə hazırlıq olaraq kinonun inkişafı və təbliğatı məqsədilə bir sıra mühüm qərarlar qəbul edilib. Nazir Əbülfəs Qarayev bununla bağlı müvafiq əmr imzalayıb və artıq bu əmrdən irəli gələn məsələlərin icrasına başlanılıb: "Yaxın günlərdə biz KİV nümayəndələrinin iştirakı ilə milli kinonun təbliği məsələlərinə həsr olunmuş "dəyirmi masa"nın da keçirilməsini planlaşdırırıq. Bütün bunların müsbət nəticə verəcəyinə, kinoya tamaşaçı marağını artıracağına inanıram".
Nazir müavini bu sahədə həyata keçiriləcək işlərdə gənc kino işçilərinin də yaxından iştirakının vacib olduğunu bildirib: "İnanıram ki, siz gənclər Azərbaycan kinosunun təəssübkeşi kimi öz bacarığınızı bir araya gətirərək bu sahənin inkişafına öz töhfələrinizi verəcəksiniz. Bu günə kimi kino sahəsində gənclər üçün hər cür şərait yaradılıb. Milli kinoya gənc mütəxəssislərin cəlb olunması zərurətini nəzərə alaraq müxtəlif səpkili və formalı müsabiqələr təşkil olunub. "Bu meydan, bu ekran" müsabiqələrinə gənc rejissorlar və prodüserlər tərəfindən yüzlərlə kino layihəsi təqdim olunub. Qalib layihələrdən müstəqil prodüser mərkəzlərində nazirliyin dəstəyi ilə 23 qısametrajlı film çəkilib. Biz bu il Azərbaycan həyatını əks etdirən qısametrajlı filmlər üçün növbəti ssenari müsabiqəsi elan edəcəyik".