“Şou dünya” satrik şeirlər kitabı çap olunub Mədəniyyət

“Şou dünya” satrik şeirlər kitabı çap olunub

Gənc satirik şair Yusif Nazimin "Şou dünya" adlı şeirlər kitabı çapdan çıxdı

Kitabda cəmiyyətdəki "gözəlliklərə" güzgü tutan "Super eşşək", "Qoyun", "Əziz kreslo", "Məmişin tribunadan etirafı", "Şou-biznes", "Müğənni Mətiş", "Yaltağın oğluna nəsihəti", "Əzrayıla təklif", "Xarakter", "Milli söyüş", "Həkim", "Hacı", "Din şou", "Quş", "Dıbışın təəccübü" və s. bu kimi satiraları, sevgi və digər mövzularda yazdığı şeirləri, eləcə də həyata baxış tərzini əks etdirən aforizmləri çap olunub. Kitab kütlə üçün nəzərdə tutulub. Əldə etmək istəyənlər şəhərmizin kitab mağazalarından maraqlana bilərlər. Nəzərə çatdıraq ki, Y.Nazim gənc olsa da onun yaradıcılığı cəmiyyət tərəfindən qəbul olunmuş ədəbiyyat adamlarının da diqqətini çəkir. Bu baxımdan yazıçı-dramaturq, telejurnalist Orxan Fikrətoğlunun onun haqda dediyi fikirlər maraqlıdır: "Yusif Nazim ənənədə olan və sabaha dünəni çıxaran bir şairdir. Açın qapıları, o gəlir" Qeyd edək ki, Y.Nazim (Məmmədov Yusif Ağaəhməd oğlu) 1988-ci il oktyabrın 10-da Şamaxı rayonunun Ərəbqədim kəndində anadan olub. 1995-ci il sentyabrın 1-də Qobustan rayon Göydərə kənd 9 illik əsas məktəbin 1-ci sinfinə daxil olub. 2004-cü ildə bu məktəbi bitirərək, təhsilini davam etdirmək üçün Fizika-riyaziyyat və informatika təmayüllü liseyə qəbul edilmiş və 2006-cı ildə bu liseyin məzunu olub. Bakı Slavyan Universitetinin "Yaradıcılıq", Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin "Mühasibat uçotu və audit" fakültələrini bitirib. Yaradıcılığa 14-15 yaşlarından başlayan Y.Nazim, əsasən, satirik mövzuda yazır. 2011-ci ilin may ayında böyük satirik şairimiz Mirzə Ələkbər Sabirin vəfatının 100 illiyinə həsr olunmuş ümumrespublika üzrə "Satira və qəzəl" müsabiqəsinin fəxri diplomuna layiq görülüb. "Şou dünya" gənc şairin ilk kitabıdır.

Əli