Britaniya 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edə bilər
Şərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir
Ceyhun Bayramov Venesuela XİN rəhbəri ilə Karakasdakı son hadisələri müzakirə edib
Rusiya XİN İranın daxili siyasətinə xarici müdaxiləni pisləyir
8 May 2020 15:12
17 073
Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədləri əsasında hazırlanmış virtual sərgi istifadəçilərin ixtiyarına verilib. Milli Arxiv İdarəsindən bildirilib ki, virtual sərgi görkəmli aktrisanın anadan olmasının 100-cü ildönümünün qeyd olunması haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb.Sərgidə aktrisanın 20-dən çox fotosu yer alır.
Qeyd edək ki, unudulmaz sənətkar “Arşın mal alan” filmində Gülçöhrə obrazı ilə böyük şöhrət qazanıb, 1940-cı illərdən etibarən, eyni zamanda, ekranlarda məharətlə canlandırdığı və mənəvi-əxlaqi dəyərlərin təbliği, tamaşaçı zövqünün formalaşdırılması baxımından əhəmiyyət kəsb edən silsilə rollarla milli kinematoqrafiyanı daha da zənginləşdirib.
17:47
791
12:44
952
10:51
1 085