12 Noyabr 16:44
12 Noyabr 16:37
Çin Fars körfəzi regionunda sabitliyin bərpasına dəstək verəcək
Yaponiya Baş naziri ASEAN və APEC sammitlərində iştirak edəcək
Yaponiya büdcə məhdudiyyətlərinə görə hərbi xərc planlarını azalda bilər
Kuşner: Rusiya və Ukrayna növbəti danışıqlara Avropanı da cəlb etməyə razılaşıb
Tramp: ABŞ ərəb ölkələrinin xahişi ilə İrana qarşı sərt addımlardan çəkinir
13 Oktyabr 2020 11:28
39 648
Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “Bakı” Rəsm Qalereyasının təşkilatçılığı ilə Şuşa qalasının 270 illiyinə həsr olunmuş Elturan Avalovun əsərlərindən ibarət virtual sərgi açılıb.
Dövlət Rəsm Qalereyasından bildirlib ki, sərgi Ordumuzun işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda qazandığı qələbələrinə ithaf olunub.
Sərgi Ermənistan tərəfindən işğal olunmuş doğma torpaqlarımızda maddi və mədəni irsimizi bəşər mədəniyyətinin çox qiymətli inciləri kimi ictimaiyyətin diqqətinə yenidən çatdırmaq məqsədilə həyata keçirilib.
Sərginin ekspozisiyası Azərbaycan ziyalısı kimi Elturan Avalovun bir vaxtlar küçələrində gəzib-dolaşdığı Şuşanın evlərini, məhəllələrini, tarixi məscid və meydanlarını təsvir etdiyi qrafik işlərindən ibarətdir.
Qrafika rəssamı kimi onun yaradıcılığı çoxşaxəlidir. Azərbaycan klassiklərinin əsərlərinə çəkdiyi illustrasiyaları ilə yanaşı, musiqi əsərlərindən “Reyhan”, “Ay bəri bax”, “Güləbatın”, “Qoy gülüm gəlsin, ay nənə” kimi mahnılarına çəkdiyi qroteskli karikaturaları, realistik üslubda işlədiyi “Hacı Murad” və “Bəstəkar Fikrət Əmirov”, “Sevil”, “Neftçilər” adlı portretləri buna nümunədir. Rəssamın Üzeyir Hacıbəylinin “Arşın mal alan” və “O olmasın, bu olsun” operettalarına çəkdiyi rəsmləri böyük mütəfəkkirin əsərlərinin məzmununu təsviri sənətdə açıqlamaqla yanaşı xalqımızın özünəməxsus yaşam tərzini incə yumorla təsvir edir. Rəssamın Şuşadakı “Seyidli məhəlləsi”nin, “Xoca Mərcanlı” və “Hacı Yusifli” məhəllələrinin, “Aşağı Gövhər Ağa məscidi”ndə yerləşən məhəllənin, “Tacir Məşədi Tağının evi”, “Gəncə darvazası” kimi qrafik əsərləri xüsusilə diqqəti cəlb edir. Y.Salamzadə Şuşanın memarlıq abidələrinin qrafik rəsmlərini tarixi abidələrin “Daşlaşmış poeziya”sı adlandırıb.
Mədəniyyət Nazirliyi tərəfindən Elturan Avalovun qrafika işlərindən ibarət kataloqu çap olunacaq.
Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.
12 Noyabr 12:36
917
12 Noyabr 11:32
966
11 Noyabr 14:57
3 843