Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi problemləri

Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi problemləri İqtisadiyyat

Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi problemləri

Bakıda BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin büro iclası keçirilir

Tərlan

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında" Beynəlxalq Konvensiyanın 25 illiyinə həsr olunmuş büro iclası öz işinə başlayıb. İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin 1990-cı il 18 dekabr tarixində qəbul etdiyi "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiya"sına ötən dövrdə 60-dan çox ölkənin qoşulduğunu qeyd edib. Nazir Azərbaycanın 1998-ci ilin 11 dekabrında həmin sənədi qəbul etdiyini və regionda bu Konvensiyaya qoşulan ilk ölkələr sırasında olduğunu bildirib: "Dünya ölkələrinin inteqrasiyasının güclənməsi və qloballaşma prosesi ilə müşayiət olunan miqrasiya proseslərinin tənzimlənməsi müasir dövrün aktual problemlərindən birinə çevrilib. Hazırda dünyada hər 35 nəfərdən biri, yəni dünya əhalisinin 3%-ə yaxını beynəlxalq miqrantdır".
S.Müslümov bildirib ki, müasir dünyada baş verən müxtəlif siyasi və iqtisadi proseslər miqrasiyanın, xüsusi ilə sosial-iqtisadi miqrasiyanın miqyasının genişlənməsində təsirli rol oynamaqdadır. Hazırda mövcud miqrantların böyük əksəriyyətini əməkçi miqrantlar təşkil edir ki, bu da onlarla bağlı problemlərə xüsusi diqqət yetirilməsini və bununla bağlı bir çox məsələlərdə dövlətlər tərəfindən vahid yanaşmanın tətbiq olunmasını zəruri edir. Azərbaycanın miqrasiya proseslərinin tənzimlənməsinə xüsusi önəm verdiyini qeyd edən nazir bildirib ki, tənzimlənməyən miqrasiya prosesləri ölkələr üçün sosial-iqtisadi sahədə bir sıra ciddi problemlərə səbəb olur. S.Müslümov hazırda ölkəmizdə əmək miqrasiyası proseslərinin sürətlə genişləndiyini və Azərbaycanın təyinat ölkəsinə çevrildiyini vurğulayıb: "Ölkəmizə gələn miqrantların sayının artmasının başlıca səbəbi son illər respublikamızda sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılması, demokratik institutların genişlənməsi, vətəndaş cəmiyyətinin bərqərar olması, ölkə iqtisadiyyatının sürətli inkişafı və əhalinin yaşayış səviyyəsinin yüksəlməsidir. İnkişaf templərinə görə ölkəmiz bu gün dünya dövlətləri arasında ön sıralardadır".
Ölkəmizdə əldə olunan mühüm sosial-iqtisadi nailiyyətləri diqqətə çatdıran nazir bütün bunların ölkəmizi xarici işçi qüvvəsi üçün də cəlbedici ölkəyə çevirdiyini bildirib: "2014-cü ildə ölkədə iş icazəsi əsasında işləyən əcnəbilərin sayı 12000 nəfər olmuşdur ki, bu da 2003-cü illə müqayisədə 6,6 dəfə çoxdur". S.Müslümov həmçinin Azərbaycanda multikulturalizm ənənələrinin və tolerantlıq mühitinin mövcud olmasının miqrantların ölkəmizə axınını stimullaşdıran amillərdən biri olduğunu vurğulayıb: "Təsadüfi deyil ki, ölkəmizdə miqrantların sayının ilbəil artmasına baxmayaraq onlara qarşı etnik, dini, mədəni və digər mənsubiyyətə görə təzyiq, təqib və ya dözümsüzlük faktı olmayıb".
S.Müslümov bildirib ki, ölkəmiz "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiya"ya qoşulduqdan sonrakı dövrdə miqrasiya proseslərinin idarə olunması sahəsində ardıcıl islahatlar həyata keçirilib və uğurlu nəticələr əldə edilib: "Azərbaycan Konvensiya üzrə götürdüyü öhdəliklərin icrasına xüsusi önəm verir. Azərbaycanın Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı 2009-cu ildə ilkin, 2013-cü ildə ikinci dövrü hesabatı BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Komitəsində müzakirə edilib və bu hesabatlar müsbət qiymətləndirilib.
Nazir Komitə tərəfindən verilən tövsiyələrin miqrasiya proseslərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərdə və aparılan islahatlarda nəzərə alındığını bildirib: "Təqdirəlayiq haldır ki, Komitənin müvafiq hesabatlarında Azərbaycan Respublikasının ərzisinin 20%-nin Ermənistan tərəfindən işğalı nəticəsində Azərbaycanın Konvensiyanın müddəalarını bütün ölkə ərazisində tətbiq etmək imkanının olmaması öz əksini tapıb və BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin icrası zəruri hesab edilib".
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması sahəsində görülən işlərdən bəhs edib. O, qeyri-qanuni miqrasiyanın qarşısının alınması ilə yanaşı, iş icazəsi almış miqrantların əmək fəaliyyəti üçün əlverişli şərait yaradılmasının diqqətdə saxlanıldığını qeyd edib. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev ölkəmizdə müasir çağırışlara çevik reaksiya verən və beynəlxalq standartlara uyğun qurulan sığorta-pensiya sisteminin əməkçi miqrantların da etibarlı sosial müdafiəsini təmin etdiyini bildirib. Mili Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli əməkçi miqrantlarla bağlı milli qanunvericiliyin müvafiq beynəlxalq Konvensiyaların prinsipləri ilə uyğunluq təşkil etdiyini, həmin insanların əmək və sosial hüquqlarının müdafiəsinə daim xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb.
BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin sədri Fransisko Karron miqrasiya proseslərinin tənzimlənməsi, əməkçi miqrantların bütün hüquqlarına, o cümlədən əmək və sosial müdafiə hüquqlarına hörmətlə yanaşılması, onların intellektual və əmək potensialından səmərəli istifadə edilməsi sahəsində ölkəmizin təcrübəsini yüksək dəyərləndirib. F.Karron ölkəmizdə bu sahədə müsbət təcrübənin qarşıdakı dövrdə də uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk ölkəmizdə qanuni əsaslarla fəaliyyət göstərən əməkçi miqrantlar üçün yaradılan şəraitin müvafiq beynəlxalq konvensiyalara cavab verdiyini qeyd edib.