ABŞ-da yəhudilərə qarşı nifrət güclənib İqtisadiyyat

ABŞ-da yəhudilərə qarşı nifrət güclənib

Donald Tramp ABŞ prezidenti seçiləndən sonra ölkədə yəhudilərə qarşı təzyiqlər başlayıb. Və çoxları bildirir ki, ABŞ-da antisemitizmin güclənməsi ilə Trampın prezident seçilməsi arasında əlaqə var. Bu haqda İsrailin "Haaretz" nəşri yazıb. Bildirilib ki, ABŞ-da həqiqətən də güclü anti-yəhudi əhval ruhiyyəsi var: məsələn, yəhudi qəbiristanlıqlarının təhqir olunması buna misaldır.
Məlumata görə, Sent-Luisdə 100-dən çox yəhudi qəbri təhqir edilib. Nəşr yazır ki, indiyə qədər bu hərəkəti edənlər haqqında tədbir görülməyib. Bundan başqa Nyu-York polisi müsəlmanlara və yəhudilərə qarşı təhlükələrin 2 dəfədən çox artdığı barədə həyacan təbili çalıb. Qeyd olunur ki, sosial şəbəkələrdə, ABŞ-ın müxtəlif ştatlarında antisemit ritorikası, yəhudilərə nifrət güclənib. "Buna həm də imkan yaradan faktorlar var. Bilirsiniz ki, irqçi və neonasistlər Trampı dəstəkləyir"-deyə yazılıb.