Nazir Azərbaycanla Çexiya arasında əməkdaşlığın prioritet sahələrini açıqladı İqtisadiyyat

Nazir Azərbaycanla Çexiya arasında əməkdaşlığın prioritet sahələrini açıqladı

Azərbaycan və Çexiya bir çox sahələrdə münasibətlərin inkişafı üçün böyük potensiala malikdir.
Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda deyib.
Nazir bildirib: "Ölkələrimiz arasında maliyyə, sənaye, maşınqayırma və kimya sənayesi sahələrində münasibətlərin inkişafı üçün böyük potensial var".
Ş.Mustafayev qeyd edib ki, Azərbaycan Çexiyanın strateji tərəfdaşıdır: "Bu ilin altı ayında Azərbaycan ilə Çexiya arasında ticarət dövriyyəsinin həcmi 2 dəfə artıb. Çexiya Azərbaycana 30 milyon dollar həcmində investisiya yatırıb, ölkəmizin isə Çexiyaya qoyduğu sərmayənin həcmi daha çoxdur".
Qeyd edək ki, Azərbaycanda 25 Çexiya kapitallı şirkət fəaliyyət göstərir.