Avropa Liqası: “Qarabağ” İslandiyanın “Vestri” komandasını məğlub edib
Katz: İsrail ordusu İrana qarşı əməliyyatı bərpa etməyə hazırdır
“28 May” metrostansiyasında eskalatorlardan biri təmirə dayandırılacaq
Netanyahu: İsrail ordusu təhlükəsizlik təmin olunana qədər Cənubi Livandan çıxmayacaq
Təmirlə əlaqədar Bakı Dairəvi Yolunun bir hissəsi bağlanacaq
11 Aprel 2020 14:31
3 633
Bu ilin yanvar-mart aylarında e-qaydada 5 600 şəxsə pensiya, 24 000 şəxsə isə müavinət-təqaüd təyin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ümumilikdə ötən il və cari ilin ilk rübündə 65 minə yaxın şəxsə qeyd edilən sosial təminat növlərinin e-qaydada təyinatı aparılıb.
Bununla da, həmin şəxslərin hansısa quruma müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, onlara e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub.
2019-cu ildə ölkəmizdə pensiya, müavinət və təqaüdlərin, ümumilikdə 21 sosial təminat növünün avtomatlaşdırılmış təyinat sistemləri işə salınıb. Ötən il bu proaktiv xidmətlər vasitəsilə 15 min şəxsə elektron qaydada pensiya, 20 min şəxsə e-qaydada müavinət-təqaüd təyin edilmişdi.