“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
14 May 2020 15:10
2 856
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin (TAP) inşasına başlanılandan bəri işlərin 95,1%-i yekunlaşıb.
TAP konsorsiumundan "APA-Economics"ə verilən məlumata görə, bu, aprelin sonunda qeydə alınan göstəricidir.
“Təbii qazın daşınmasına başlamaq üçün işlər cədvəlimizə uyğun davam edir”, - məlumatda qeyd edilir.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.
19 Sentyabr 10:22
959
19 Sentyabr 10:21
952
18 Sentyabr 10:02
1 351