Ərdoğan: Qarabağda qazanılan Zəfər Türk dünyasının tarixinə qızıl hərflərlə yazılıb
Türkiyə Prezidenti: Allah Azərbaycanı və Türk dünyasını daha neçə zəfərlərə qovuşdursun
Türkiyə Prezidenti: Allah Azərbaycanı və Türk dünyasını daha neçə zəfərlərə qovuşdursun
Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi
Ərdoğan: Zəfər Gününün 5-ci ildönümündə Azərbaycanda olmaqdan xoşbəxtəm
27 May 2020 16:26
3 402.jpg)
Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard Avrozona iqtisadiyyatının yeni növ koronavirus (COVID-19) pandemiyasından sonra bu il 8-12% azalacağını bildirib.
Bu barədə "Reuters" xəbər verir.
Daha əvvəl Avropa Mərkəzi Bankı iqtisadiyyatın 5-12% azalacağını proqnozlaşdırırdı. Lakin K. Laqardın sözlərinə görə, "yumşaq" ssenari artıq köhnəlib. O, faktiki nəticənin "orta" və "ağır" ssenarilər arasında olacağını qeyd edib.
"Eurostat"ın məlumatına görə, yanvar-mart aylarında valyuta blokunun 19 ölkəsinin ÜDM-i əvvəlki üçaylıq dövrlə müqayisədə 3,8% azalıb. Bu, 1995-ci ildə məlumatların toplanması başlanandan bəri maksimal rüblük azalmadır.
Avropa Mərkəzi Bankının baş iqtisadçısı Filip Leyn bundan öncə "El Pais" qəzetinə verdiyi müsahibədə Avrozona iqtisadiyyatının ən azı 2021-ci ilə qədər böhrandan əvvəlki səviyyəyə çatmayacağını söyləmişdi. Leynin fikrincə, Avropa Mərkəzi Bankı daim vəziyyəti izləyir və lazım olduqda bütün alətlərini tənzimləməyə hazırdır.
11:49
812
7 Noyabr 15:51
1 435
7 Noyabr 13:54
1 407