“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
28 Avqust 2020 18:38
6 405
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edib.
KOBİA-dan bildirilib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir biznes subyekti fəaliyyəti dövründə müxtəlif zərər və itkilərlə qarşılaşa bilər. Yanğın nəticəsində sahibkarın əmlakının və malının yanması, təbii fəlakətlər, bitki xəstəlikləri və zərərvericiləri ilə bağlı fermerlərin məhsullarının tələf olması sahibkarların daha çox qarşılaşdığı neqativ hallardır. Bu kimi hadisələr zamanı yaranmış zərəri və itkini minimuma endirmək üçün sığorta vacibdir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sığortanın biznes fəaliyyəti üçün vacibliyini bir daha diqqətə çatdırır, sahibkarları, xüsusilə də mikro, kiçik və orta biznes subyektlərini əmlak, mal və məhsullarını sığorta etdirməyə çağırır. Sahibkarlıq subyektləri özləri əmlak, mal və məhsullarının sığortalanmasında maraqlı olmalıdırlar. Ölkədə müxtəlif sığorta şirkətləri fəaliyyət göstərir ki, sahibkarlar onlar arasından daha uyğun olanı seçərək əmlakını, mal və məhsulunu sığorta etdirə bilər.
30 Dekabr 2025 17:05
2 065
30 Dekabr 2025 16:41
2 163
30 Dekabr 2025 16:22
2 198