Mərkəzi Bankının valyuta ehtiyatları 1,2 milyard dollar azaldı İqtisadiyyat

Mərkəzi Bankının valyuta ehtiyatları 1,2 milyard dollar azaldı

2014-cü il dekabrın 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,78% azalaraq 13 mlrd. 758,3 mln. dollar təşkil edib. "APA-Economics"in AMB-nin statistikasına istinadən xəbər verir ki, 2013-cü ilin sonuna AMB-nin valyuta ehtiyatları 14,152 mlrd. dollar təşkil edib. Beləliklə, illik müqayisədə AMB-nin valyuta ehtiyatları 393,7 mln. dollar azalıb. 2014-cü ilin dekabrında AMB-nin valyuta ehtiyatları $1,238 mlrd. və ya 8,26% azalıb. Qeyd edək ki, 2013-cü ilin dekabrın 1-nə valyuta ehtiyatları 14,152 mlrd. dollar olub.