Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
26 May 2021 11:29
4 998
Böyük Britaniyanın BP şirkəti Abşeronun dayaz sularında SWAP layihəsi çərçivəsində planlaşdırılan üç kəşfiyyat quyusundan birincisinin qazılması üçün hazırlıq işlərini bitirir.
Bu barədə Trend-ə "BP Azerbaijan" şirkətindən bildiriblər.
Şirkətdən məlumat verilib ki, SWAP layihəsi çərçivəsində birinci quyunun qazılması üçün ekoloji və sosial-iqtisadi təsirin qiymətləndirməsinə dair sənəd 2020-ci ilin avqustunda açıqlanıb:
"İctimai müzakirələrdən sonra layihə hökumət tərəfindən 2021-ci ilin yanvarında təsdiqlənib. Bu il qazmanın başlaması üçün razılıq alınıb".
Qeyd edək ki, SOCAR və BP 2014-cü ilin dekabrında Abşeron yarımadasının dayaz sularında potensial yataqların kəşfi və işlənməsi üzrə pay bölgüsü ilə bağlı saziş imzalayıblar.