ABŞ səfirliyindən açıqlama Siyasət

ABŞ səfirliyindən açıqlama

"Heç bir ölkə Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır"

"Birləşmiş Ştatlar, həmçinin Ermənistan da daxil olmaqla, digər heç bir ölkə Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır".
Bu barədə Dağlıq Qarabağseparatçılarının "xarici işlər naziri" Karen Mirzoyanın Vaşinqtona səfəri ilə bağlı APA-nın sualına cavab olaraq ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib. Açıqlamada qeyd edilib ki, Dağlıq Qarabağın yekun statusu ATƏT-in Minsk Qrupunun himayəsi altında beynəlxalq vasitəçilik predmetidir.
Xatırladaq ki, Ermənistan mətbuatında K. Mirozoyanın ABŞ-a səfər etdiyi və ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorliklə görüşdüyü barədə xəbər yayılıb. K. Mirzoyanın bir qrup konqresmenlə görüşü də baş tutub. Onu görüşlərdə Dağlıq Qarabağın ABŞ və Kanadadakı nümayəndəsi kimi təqdim olunan Robert Avetisyan müşayiət edib.