AŞ A-da Dağlıq Qarabağla bağlı məruzə müzakirə ediləcək Siyasət

AŞ A-da Dağlıq Qarabağla bağlı məruzə müzakirə ediləcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2016-cı il yanvarın 25-də keçiriləcək növbəti sessiyasında Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması və Sərsəng su anbarı ilə bağlı hazırlanmış məruzələr müzakirəyə çıxarılacaq. Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib. Rövşən Rzayev bildirib ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov tərəfindən qurumun rəhbərliyinə 2 sənəd təqdim olunub: "Bu sənədlər əsasında məruzəçilər təyin olunub. Sənədlərdən biri Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması, digəri isə Sərsəng su anbarı ilə bağlıdır. Məruzəçilərin yazdığı sənəd artıq hazırdır. Sənədlər noyabr ayında böyük səs çoxluğu ilə müvafiq komitələrdən keçib. Bir məruzəçi İngiltərədən, digəri isə Bosniya və Hersoqavinadandır". Rövşən Rzayev əlavə edib ki, hər iki məruzədə birmənalı olaraq Ermənistanın işğalçı olduğu vurğulanır və təxirə salınmadan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tələb olunur.