Erməni komandir cəbhədən qaçıb Siyasət

Erməni komandir cəbhədən qaçıb

Ermənistan-Azərbaycan sərhədində yerləşən hərbi hissənin kəşfiyyat taborunun komandiri Sergey Virabyan cəbhədən qaçıb.
Bu barədə məlumat erməni KİV-də yer alıb.
Erməni mətbuatının yazdığına görə, İrəvan şəhər sakini, 1984-cü il təvəllüdlü Sergey Virabyanın hərbi hissəni öz başına tərk etməsinin əsas səbəbi Ermənistan ordusunda yaranmış kriminal vəziyyət, hərbi qulluqçular arasında baş verən qeyri-etik münasibət, orduda olan rüşvətxorluqdan və gizlədilən ölüm hadisələrindən canını qurtarmaq olub.
Sergey Virabyan Ermənistan Respublikasının Cinayət Məcəlləsinin 361-ci maddəsinin 4-cü bəndi ilə (hərbi hissəni özbaşına tərk etmə və ya əsaslı səbəb göstərmədən hərbi xidmətdən boyun qaçırma) təqsirləndirilir.
Cinayət işinə dekabr ayının 18-i Ermənistanın Tavuş əyalətinin 1-ci instansiya məhkəməsində baxılacaq.
Qeyd edək ki, Sergey Virabyan döyüş postunu oktyabrın 4-dən tərk edib.