“Xocalı soyqırımı Ermənistanın gerçək üzünü əks etdirir” Siyasət

“Xocalı soyqırımı Ermənistanın gerçək üzünü əks etdirir”

Asif Kurban: "Bu mitinq ermənilərin əməllərinə cavab olacaq"

"Brüsseldə keçirilməsi gözlənilən Xocalı soyqırımına həsr edilən mitinq Ermənistanın iç üzünün açılması üçün böyük vasitə olacaq". Bu fikirləri Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Asif Kurban Brüsseldə gözlənilən Xocalı mitinqi ilə bağlı fikirlərini şərh edərkən deyib. Asif Kurban bildirib ki, XX əsrin ən dəhşətli faciəsi olan böyük Xocalı soyqırımı Ermənistanın gerçək üzünü əks etdirir: "Bu mitinq ermənilərin əməllərinə cavab olacaq. Brüssel Avropa Parlamentinin mərkəzi olduğu üçün bu mitinqin böyük bir əhəmiyyəti var. Dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız iştirak edəcəklər". A.Kurban ermənilərin beynəlxalq güclərin əlində alət olaraq, Türk millətinə qarşı dəhşətli soyqırım siyasətini həyata keçirdiklərini xatırladıb: "XX əsrdə bir neçə dəfə belə hadisə baş verib. Əslində, dünya birliyinin bu günə qədər susqun vəziyyətdə olması Ermənistanın işğalçılıq siyasətinin davam etdirməsinə rəvac verib. Hazırda Ermənistan bölgədə vəziyyəti gərginləşdirməklə məşğuldur və əsassız olaraq işğal etdiyi Qarabağ torpaqlarından çıxmq istəmir".
Xatırladaq ki, Dünya Azəbaycanlıları Konqresinin Xocalı soyqırımı ilə bağlı mitinqi 26 Fevral 2016-ci il tarixnində saat 14-16 arası, Avropa Parlamentinin qarşısında baş tutacaq. Avropanin bir sıra ölkələrindən soydaşlarımızın iştirakı gözlənilir.