Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“İlham Əliyev dostluq və qardaşlığa çox yüksək qiymət verərək...”

“İlham Əliyev dostluq və qardaşlığa çox yüksək qiymət verərək...” Siyasət

“İlham Əliyev dostluq və qardaşlığa çox yüksək qiymət verərək...”

Fəttah Heydərov: "Bu dərdli və ağır günlərində Türkiyənin yanında oldu"

"Azərbaycan hər zaman qonşu və qardaş Türkiyə ilə münasibətlərdə dostluğu, qardaşlığı yüksək qiymətləndirib. Bu, qarşılıqlı dostluq, etimad və etibardır".
Bu fikirləri Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov deyib.
Deputat bildirib ki, bu münasibətlərin təməlini qoyanlardan biri məhz ümummilli lider Heydər Əliyev olub. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev ilk dəfə olaraq Azərbaycan və Türkiyə arasında "bir millət, iki dövlət" ideyasını ortaya qoyub: "Ulu öndər Heydər Əliyev, Türkiyənin keçmiş prezident Süleyman Dəmirəl və onun davamçıları da dəfələrlə bəyan ediblər ki, Türkiyənin sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir. Yəni, tarix göstərir ki, iki ölkə arasında mövcud olan münasibətlər indiyədək yalnız bu prinsiplər əsasında qurulub. Bilirsiniz ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ərəfəsində ikinci dəfə, yəni martın 13-də Ankarada qanlı terror aktı törədilib".
F.Heydərov qeyd edib ki, bu terror hadisələri əhəmiyyətli siyasi görüşlərin keçirilməsi və müqavilələrin bağlanılması ərəfəsində gözlənilmədən baş verib: "Belə bir vaxtda Türkiyə Prezidenti Azərbaycana səfər etməli idi. Ancaq bu səfər məlum səbəblərdən ikinci dəfə də baş tutmadı. Səbəb Ankarada törədilən qanlı terror aktı idi. Ancaq hörmətli Prezident İlham Əliyev çox böyük cəsarətli və mərd addım ataraq, dostluq və qardaşlığa çox yüksək qiymət verərək, bu dərdli və ağır günlərində Türkiyənin yanında oldu. Cənab Prezident İlham Əliyev terror hadisəsinin törədildiyi Ankara şəhərinə səfər etdi və orada Türkiyə Prezidenti ilə görüşdü, Türkiyə xalqının dərdinə şərik olduğunu ifadə etdi. Bu, çox böyük hadisə idi. Türkiyə Prezidentinin cənab İlham Əliyevin bu jestinə verdiyi yüksək qiymət türk xalqının Azərbaycana olan münasibəti idi. Yəni, bu, dostluğa, sədaqətə və qarşılıqlı münasibətə verilən yüksək qiymət idi. Bu səfər zaman Türkiyə Prezidenti cənab Ərdoğan bütün protokol qaydalarını pozaraq, Azərbaycan Prezidentini böyük məhəbbət və hörmətlə yola saldı. Bütün bunlar onu göstərir ki, Azərbaycan-Türkiyə dostluğu əbədi və daimidir. Hər zaman da Azərbaycan xalqı və dövləti Türkiyənin yanındadır və bu münasibətlər daim yüksək səviyyədə qalacaq".

2015-ci ilin 13 noyabrında Parisdə baş verən terror aktı ilə Ankarada törədilən terror aktına Qərbin fərqli mövqe sərgilməsi məsələsinə toxunan F.Heydərov deyib ki, Paris terror aktından dərhal sonra bütün Avropa liderləri Fransanın yanında olduqlarını nümayiş etdirsə də, ancaq Ankara terror aktında bu görünmədi: "Yalnız cənab İlham Əliyev Ankaraya gedərək, Türkiyənin yanında olduğunu nümayiş etdirdi. Bu baxımdan da indi dünyada qeyri-standart beynəlxalq münasibətlər formalaşıb. Dünya ölkələrinin bir-birinə münasibətləri fərqlidir. Ona görə də insana, cəmiyyətə, dövlətə və dövlətçiliyə qiymət hər yerdə eyni dərəcədə deyil. Baxın, Paris terrorundan dərhal sonra Avropa İttifaqı liderləri Fransaya gələrək öz dəstəklərini nümayiş etdirdi. Ancaq Avropa dövlətləri ilə hər zaman yaxın münasibətlər saxlayan, siyasi və iqtisadi əməkdaşlıq edən və istiqamətini Avropaya doğru götürən Türkiyə dövlətində törədilən terror aktında onlar nədənsə susdular. Çox təəssüf ki, Avropa liderləri Paris terrorunda Fransaya göstərilən dəstəyi, Türkiyəyə vermədilər. Bu susqunluğun bir mənası var idi. Mənası o idi ki, siz bizə çox arxayın olmayın, özünüzə və dostlarınıza arxayın olun. Yəni, Azərbaycana, Türkiyəyə, türk millətinə arxayın olub, inanın. Buna görə də biz hər zaman dünyada mövcud olan bu cür ikili standartları gözləməliyik. İkili standartlar heç də bizi qorxutmur. Çünki Azərbaycan və Türkiyədə xalqla prezident arasında möhkəm birlik mövcuddur. Prezidentimizin atdığı addımlar hər zaman xalqın ürəyincə olur. Buna görə də öz xalqına arxalanan hakimiyyət öz yolunda hər zaman irəliləyir".