Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının sıraları genişlənir Siyasət

Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının sıraları genişlənir

Almaniyanın Alfa, Rumıniyanın M-10 partiyaları AECR-in tamhüquqlu üzvlüyünə qəbul olunublar

Bu gün Türkiyənin Antalya şəhərində Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı (Alliance of European Conservatives and Reformists – AECR) Şurasının iclası keçirilib. BAXCP-nin beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəylinin də iştirak etdiyi Şuranın toplantısında AECR-in 2015-ci ildə həyata keçirdiyi fəaliyyət barədə hesabatlar dinlənilib, 2016-cı ilin büdcəsi təsdiqlənib və yeni üzvlərin qəbulu ilə bağlı qərarlar qəbul edilib. Toplantıda çışış edən Alyansın prezidenti Jan Zahradil 2016-cı ilin ilk aylarında həyata keçirilən fəaliyyəti, o cümlədən AECR nümayəndə Heyətinin Azərbaycana səfərinin nəticələrini də yüksək qiymətləndirdiyini bilidirib.
Müzakirələr nəticəsində Almaniyanın Alfa, Rumıniyanın M-10 partiyaları AECR-in tamhüquqlu üzvlüyünə qəbul olunublar. Macarıstanın Vətəndaş Platformu partiyasının isə Alyans üzvlüyünə namizədliyi təsdiq olunub.
Xatırladaq ki, AECR şurasının toplantısı mətbuat üçün qapalı keçirilib.
Qeyd edək ki, Alyansın regional təhlükəsizlik və əməkdalıqla bağlı zirvə toplantısı sabah keçiriləcək. Zirvə toplantısında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Avropa Parlamentinin vitse prezidenti Riçard Çarneçki, Avropa Parlamentinin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri Anna Fotiga, Britaniyanın hakim Mühafizəkarlar Partiyasının sədr müavini Hon Mark Fild və digər şəxslər çıxış edəcəklər.