“Antoqonist qüvvələrin siyasəti üst-üstə düşür” Siyasət

“Antoqonist qüvvələrin siyasəti üst-üstə düşür”

Əli Orucov: "Məhz buna görə də rəsmi İrəvana yönəlik münsibət həmişə loyal olub"
Azər Rəşidoğlu: "İrəvanı Rusiyanın nəzarətindən çəxartmaq üçün Qərb onunla münasibətini gərginləşdirmək istəmir"
Ərəstun Baxşəliyev: "Qərb maksimum dərəcədə status-kvonun qorunub saxlanılmasına daha çox səy göstərir"

Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib ki, Ermənistana qarşı çoxdan sanksiyalar tətbiq olunmalı idi: "Çünki Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, etnik təmizləmə siyasəti aparıb, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozub, Xocalı soyqırımını törədib". Prezident İlham Əliyev güclü ordunun yaradılması istiqamətində tədbirlərin davam etdirildiyini, ordumuzun müasir silah-sursatlarla təchiz olunduğunu da bildirib.
Ümumiyyətlə Ermənistana qarşı sanksiyaların tətbiq olunmamasının səbəbi nədir? Qərbin ikiüzlü siyasəti, xristian həmrəyliyi və ya başqa səbəblər?
Siyasi ekspert Əli Orucov diqqətə çatdırdı ki, Ermənistandan həm Rusiya, həm də Qərb alət kimi istifadə edir: "Bu dövlət Rusiya tərəfindən Qafqaza, qərb tərəfindən isə Türk dünyasına qarşı basdırılmış minadır. Ona görə bir-birinə antoqonist qüvvələrin Ermənistan barədə yürütdükləri siyasət üst-üstə düşür. Məhz buna görə də rəsmi İrəvana yönəlik münsibət həmişə loyal olub. Digər tərəfdən isə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar elə Ermənistana edilən sanksiya kimi bir şeydir. Çünki bu işğalçı marianet dövlətin həm siyasətini, həm də iqtisadiyyatını Moskva müəyyənləşdirir".
Siyasi şərhçi Azər Rəşidoğlu vurğuladı ki, dövlətlərin siyasətinə münasibətdə "ikiüzlü" və sair epitetləri işlətməyi yanlış hesab edir: "Hər dövlətin öz marağı var və buna uyğun hərəkət edir. Ermənistan Rusiyanın forpostudur. İrəvanı Rusiyanın nəzarətindən çəxartmaq üçün Qərb onunla münasibətini gərginləşdirmək istəmir. Bu baxımdan, sanksiya tətbiq etməklə, erməniləri ruslardan daha çox yapışmasını istəmir".
Politoloq Ərəstun Baxşəliyev dedi ki, əslində burada bir neçə səbəb var: "Konkret olaraq isə deyim ki, bu münaqişə Qərb üçün o qədər də həyati önəm kəsb etmir. Yəni dolayısıyla Qərb, Qarabağ münaqişəsində ədalətli və ya ədalətsiz tərəfi heç zaman axtarmayıb və gələcəkdə də axtarmaq fikrində olmayacaq. Qərb üçün əsas olan enerji resurslarının istismarıdır. Odur ki, Qərb maksimum dərəcədə status-kvonun qorunub saxlanılmasına daha çox səy göstərir. Rəsmi Bakının müharibə variantına əl atacağı və ya Bakının müharibəyə sürklənəcəyi gün çox böyük ehtimal ki, Qrəb Bakının yanında yer almağa çalışacaq. Ancaq bu da Ukraynaya verilən dəstəkdən heç də uzağa getməyəcək və çox yəqin ki, ondan bir qədər də aşağı olacaq. Qərbin Ermənistana sanksiyalar tətbiq etməsinə gəlincə isə bu addıma heç bir zaman yol verilməyəcək. Çünki, çox az xristian dövləti taparsınız ki, ona qarşı hər hansı bir xristian ölkəsi tərəfindən embarqolar tətbiq olunsun. Günün bu saatında belə bu mümkün deyil. Həmin dövlətə qarşı həmən müharibə elan olunar və bu məsələ tezliklə öz həllini tapa bilər. Müsəlman ölkələrinə qarşı isə çox təssüf ki, bu kimi addımlar illərlə həyata keçirilir".

Əli