Türkiyənin müdafiə naziri Naxçıvana səfər edəcək Siyasət

Türkiyənin müdafiə naziri Naxçıvana səfər edəcək

Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz Naxçıvan Muxtar Respublikasına səfər edəcək.
Bu barədə APA-ya Türkiyə Milli Müdafiə Nazirliyinin Kuala Lumpurda keçirilən DSA-2014 sərgisində təmsil olunan nümayəndə heyətindən məlumat verilib.
Türkiyə müdafiə nazirinin Naxçıvana səfəri may ayına planlaşdırılır. Səfərin məqsədi barədə məlumat verilməyib.