“Mənə qarşı təhdidlər davam edir” Siyasət

“Mənə qarşı təhdidlər davam edir”

Moldova ombudsmanı: "Krımda və Dağlıq Qarabağda keçirilən referendumları müqayisə etmək olmaz"

"Krımdakı referendumu və Dağlıq Qarabağda azərbaycanlı əhali deportasiya edildikdən sonra keçirilən referendumu müqayisə etmək, eyniləşdirmək olmaz".
APA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Moldovanın ombudsmanı Aureliya Qriqoriu söyləyib.
A.Qriqoriu deyib ki, belə bir təhlükə başqa ölkələr üçün də mövcuddur: "Biz məntiqə, rasional düşüncəyə ümid edirik. Məsələn, Moldova və Rusiya arasında ərazi bütövlüyünü dəstəkləməklə bağlı müqavilə var. Rusiya prezidenti Vladimir Putin də Dnestryanı ilə bağlı çıxışında deyib ki, bu müqaviləyə hörmətlə yanaşır, bu əraziyə heç bir iddiası yoxdur. Ancaq hələ ki, belə bir iddiası yoxdur".
Aureliya Qriqoriu deyib ki, ona qarşı təhdidlər davam etsə də, əvvəlki kimi açıq-aşkar deyil. O qeyd edib ki, təhdidlər internet və telefon vasitəsi ilə, habelə bəzi çıxışlar zamanı olur: "Ümid edirəm ki, gələcəkdə buna son qoyulacaq. Düşünürəm ki, indi Ermənistanın məndən önəmli problemlər var. Bəzi məsələlərin həlli zamanı Ermənistan özünü o qədər də korrekt aparmayıb".