“Leyla Yunus ömrü boyu Rusiyaya işləyib” Siyasət

“Leyla Yunus ömrü boyu Rusiyaya işləyib”

Hovella Cəfəroğlu: "Mənim Leyla Yunus kimi nə Antalyada villam var, nə də Almaniyada evlərim"
Akif Hağı: "Əgər Leyla Yunus özü etiraf edirsə ki, ermənilərlə hər gün təmasdayam, onda burada da təəccüblü heç nə yoxdur"

Baş Prokurorluq hüquq müdafiəçisi Leyla Yunus və Arif Yunusun saxlanılması faktı ilə bağlı rəsmi məlumat yayıb.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində istintaq edilən konkret cinayət işi ilə bağlı yaranmış zərurətlə əlaqədar Bakı şəhərində fəaliyyət göstərməklə hüquqi qeydiyyatdan keçməyən "Sülh və Demokratiya İnstitutu" adlı qurumun sədri Leyla Yunusova və həmin institutda ekspert qismində çalışan Arif Yunusovun şahid qismində dindirilməsi nəzərdə tutulub. Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq onların iş üzrə dindirilmələri üçün istintaqa gəlmələri məqsədilə çağırış vərəqələri şəxsən təqdim edilməsinə, həmçinin dəfələrlə telefon əlaqəsi yaradılmasına baxmayaraq, hər iki şəxs üzrlü səbəb olmadan qəsdən istintaqdan yayınıblar. Arif Yunusov aprelin 25-də "Hipertoniya xəstəliyi III dərəcəli, Hipertonik kriz2 diaqnozu ilə xəstəxanaya daxil olaraq aprelin 28-də xəstəxanadan buraxılsa da, ifadə vermək üçün istintaqa gəlməyib və bankların birindən külli miqdarda pul vəsaitini çıxarmağa cəHd edib.
Aprelin 28-də Leyla və Arif Yunusovlar bəzi xarici ölkə səfirliklərinin əməkdaşlarının köməyi ilə respublikanı birdəfəlik tərk etmək niyyəti ilə saat 23:00-də Heydər Əliyev Beynəlxalq Aeroportuna gələrək, Bakı-DoHa aviareysi ilə Avropa ölkələrindən birinə getmək istəyərkən istintaqdan yayınmalarının qarşısı alınıb.
Yasamal Rayon MəHkəməsinin qərarı əsasında onların şəxsi yük baqajına baxış keçirilərkən oradan iş üçün əHəmiyyət kəsb edən sənəd və əşyalar, o cümlədən Leyla Yunusovanın xarici ölkədə adına olan mülkə dair sənədlər, informasiya daşıyıcıları və digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.
Eyni zamanda, həmin məhkəmənin qərarı əsasında onların yaşadıqları və işlədiyi ünvanlarda axtarış aparılıb.
Leyla Yunusova iş üzrə şaHid qismində dindirilib, Arif Yunusov isə səhhətinin pisləşməsi ilə əlaqədar müalicəsinin davam etdirilməsi üçün yenidən xəstəxanaya yerləşdirilib.
Leyla Yunusun evindən Rauf Mirqədirovun şəxsiyyət vəsiqəsinin surəti, Almaniyadakı bank hesablarının plastik kartları, özünün və həyat yoldaşının ümumvətəndaşlıq pasportları götürülüb. Axtarışlarda əməliyyatçılar, hal şahidləri, Leyla Yunus özü, vəkillər Xalid Bağırov, Elton Quliyev və hüquq müdafiəçiləri iştirak ediblər.
Vəkil Xalid Bağırov "qoy əziyyət çəkib, Leyla Yunusun xaricdə əmklakını müəyyən etsinlər, sonra da həmin əmlaklar üzərinə həbs qoyarlar və ya dondurarlar",- deyə bildirib.
Xalid Bağırov Leyla Yunusun bankda külli miqdarda pulunun dondurulması və onun xarici ölkədəki evinə həbs qoyulması barədə Baş Prokurorluğun yaydığı məlumatdan danışarkən bildirdi ki. bunlar hələ müəyyənləşməyib.
Xatırladaq ki, aylar öncə hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə Leyla Yunus mətbuat səhifələrində bir birini ittiham edirdilər. Hüquq müdafiəçilərinin davasında diqqət çəkən məqam Novella Cəfəroğlunun Leyla Yunusun mülkləri ilə bağlı verdiyi ifşa edici açıqlama idi. Hovella Cəfəroğlu Leyla Yunusun Antaliyada villasının, Almaniyada evinin olduğunu bildirmişdi: "Mənim Leyla Yunus kimi nə Antalyada villam var, nə də Almaniyada evlərim". Leyla Yunusun xarici təşkilatlardan küllü miqdarda qrant aldığını deyən Novella Cəfəroğlu həmçinin onun agent olduğunu demişdi: "Mən Azərbaycana işləyən insanam, Leyla Yunus ömrü boyu Rusiyaya işləyib. Ömür boyu Rusiyanın əlində olub, indiyə kimi deməmişəm, indi deyirəm. Rusiyanın agenti olub hər zaman, ağzımı açdırmasın. O və qaynı kimilər sadəcə mənim nüfuzuma paxıllıq edirlər. Mən onunla özümü müqayisə edə bilmərəm. 20 ildən çoxdur yol gələn insanam. Leylanı it kimi qovmaq lazımdır. Vaxt gələcək bütün məsələlər açılacaq, müharibə vaxtı onun kimlə işlədiyi, müharibədən sonra necə işlədiyi məlum olacaq. Vaxtilə onun Müdafiə Nazirliyində işi sayəsində bu günə düşdük. Onun çox işlərini bilirik, amma yenə də demirik".
Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, Leyla Yunusun istintaqa cəlb olunması xeyli gecikib: "Onu hələ neçə il bundan əvvəl Ermənistana göstərmiş olduğu xidmətinə görə və hüquq müdafiəsi adı ilə Ermənistanın xüsusi xidmət orqanları ilə etmiş olduğu əməkdaşlığa görə, Ermənistanın işğalçı siyasətinə xidmət etdiyinə görə hələ bir neçə il əvvəl cinayət işi qaldırılmalı, istintaq aparılmalı, məhkəmə də öz sözünü deməli idi. Təəssüf ki, gecikdi. Mən hər zaman demişəm, indi də deyirəm ki, Leyla Yunus Azərbaycanın dövlət maraqlarını, milli maraqlarını Ermənistana satan Azərbaycan vətəndaşıdır". Onun sözlərinə görə, Leyla Yunus Ermənistanın işğalçı siyasətini müdafiə edən, Dağlıq Qarabağı, Naxçıvanı, digər yerləri Ermənistanın ərazisi hesab edən qeyri-hökumət təşkilatları ilə bir masa arxasında oturub, bir layihəni işləyib, ona imza atıb həyata keçirirsə, deməli, onlardan biridir: "Mən onun haqqında həyata keçirilən istintaq tədbirlərini, saxlanılmasını onun fəaliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirirəm. Düşünürəm ki, kimin, hansı qurumun, Leylanın tərəfdarlarının bizim üstümüzə gəlməsindən asılı olmayaraq, bir vətəndaş kimi, bir siyasətçi kimi, bir jurnalist kimi biz milli maraqlarımızın yanında olmalıyıq və Leyla Yunus haqqında istintaqın sona qədər aparılmasını tələb etməliyik. Onun haqqında Azərbaycan qanunları çərçivəsində bütün həqiqətləri özündə əks etdirən məhkəmə hökmü çıxarılmalıdır".
Qarabağ Azadlığı Təşkilatının (QAT) sədri Akif Nağı Sülh və Demokratiya İnstitunun rəhbəri Leyla Yunusun evində aparılan axtarış zamanı onun nəşr etdiyi kitabın da əşyalar içində olmasına münasibət bildirərkən "biz kitablarımızə hər yerdə nəşr etdiriruk və bunu müxtəlif dillərə tərcümə edərək yayırıq",- deyə bildirib. Akif Nağı qeyd edib ki, ümumiyyətlə, Qarabağ həqiqətləri ilə bağlı bütün məlumatlar zaman-zaman nəşr etdirdiyi kitablarda yer alıb və tədbirlərdə işıqlandırılıb: "Hətta Ermənistanda da bizim nəşr etdirdiyimiz kitablara maraq var və həmin kitablar həmin ölkədə mövcuddur. Ona görə də Leyla Yunusun evindən bizə aid olan kitabın çıxması mənə təəccüblü gəlmir. Çünki Ermənistandakı təşkilatlar bu kimi kitablardan istifadə edirlər. Əgər Leyla Yunus dəfələrlə orada olubsa, demək həmin kitabın onda olması təbii haldır".
QAT sədri Leyla Yunusun evindən erməni dilində nəşr olunmuş kitabın və erməni tarixçisinə məxsus vizit kartının çıxmasına da münasibətini açıqlayarkən dedi ki, bu məsələyə də təəccüblənməyə dəyməz: "Əgər Leyla Yunus özü etiraf edirsə ki, ermənilərlə hər gün təmasdayam, onda burada da təəccüblü heç nə yoxdur. Məncə onun evindən bir erməni kitabı çıxıbsa, demək Leyla Yunusun onlarla əməkdaşlığı ya yüksək səviyyədə deyil, ya da ermənilərlə konfidensial şəkildə iş birliyi qurub. İstəyirlər ki, iz buraxmasınlar".

Əli