Ermənistan ordusunda 4 ölü, 1 yaralı... Siyasət

Ermənistan ordusunda 4 ölü, 1 yaralı...

Son bir həftə ərzində Ermənistan ordusunda itkilərin sayı kəskin artıb.
Həftə ərzində Ermənistan ordusu 4 hərbçisini itirib, bir hərbçi isə yaralanıb.
Yanvarın 16-da Ermənistan ordusu eyni vaxtda 2 əsgərini itirib. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaralanan erməni əsgər Qarik Vardanyan İrəvanda hərbi hospitalda ölüb.
Saat 12:35 radələrində Qarabağın cənub istiqamətində yerləşən düşmən hərbi hissələrindən birinin əsgəri 1995-ci il təvəllüdlü Arayik İqor Sarkisyanın meyiti aşkar edilib.
Həmin gün (yanvarın 16-da)saat 23:55 radələrində silahla ehtiyatsız davranma nəticəsində əsgər 1997-ci il təvəllüdlü Qurqen Sarkisyan sıravi əsgər əsgər yoldaşı olan kiçik çavuş tərəfindən güllələnib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Daha öncə isə erməni əsgərin ehtiyatsızlıq nəticəsində özünü güllələdiyi haqda məlumatlar yayılmışdı. Hətta intihar versiyaları da müzakirə edilirdi.
Yanvarın 18-də, saat 14:00 radələrində 1997-ci il təvəllüdlü Andranik Smbat Musikyan cəbhədə baş verən atışma zamanı ölüb.
Son olaraq, dünən cəbhədə Ermənistan tərəfinin təxribatı nəticəsində baş verən atışmada Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində müqavilə əsasında xidmət aparan 1995-ci il təvəllüdlü Karen Marat Ulubabyan öldürülüb.