Ombudsman Aparatının əməkdaşları Polşada təcrübə keçiblər Siyasət

Ombudsman Aparatının əməkdaşları Polşada təcrübə keçiblər

Ombudsman Aparatının bir qrup əməkdaşı Tvinninq layihəsinin ikinci komponentin icrası ilə əlaqədar Müvəkkilin uşaqların, əlilliyi olan şəxslərin və ahlların insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin gücləndirilməsinə dair təcrübə mübadiləsi keçmək üçün Polşada bir həftəlik xidməti ezamiyyətdə olublar.
Səfərin ilk günü Polşa Ombudsmanı və onun Bərabər Davranış üzrə müavini ilə görüş keçirilib, bu təsisatın fəaliyyət istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb.
Görüşdə iştirak edən Azərbaycan Ombudsmanının nümayəndələri Müvəkkilin uşaqların, əlilliyi olan şəxslərin və ahıların sosial-hüquqi vəziyyətini, hüquqlarının təmini və müdafiəsi ilə bağlı məsələləri həmişə diqqət mərkəzində saxladığını, onların problemlərinin həll edilməsi məqsədi ilə çoxsaylı tədbirlər gördüyünü söyləiblər.