“Azərbaycan AŞPA-da uğurlu çıxış etdi” Siyasət

“Azərbaycan AŞPA-da uğurlu çıxış etdi”

Rövşən Rzayev: "Bundan sonra da hansısa problemin yaranacağını düşünmürəm"

"Azərbaycan AŞPA-da kifayət qədər uğurlu çıxış etdi". Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib. Millət vəkilinin sözlərinə görə, AŞPA-da "Azərbaycanda demokratik təsisatların fəaliyyəti", "Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar" mövzularında hesabatlara dair qarşı tərəfin qərəzli mövqeyi ilə bağlı da bütün lazımı tədbirlər görülüb:"Elə bir ciddi məsələ yoxdur, hər şey qaydasındadır. Bundan sonra da hansısa problemin yaranacağını düşünmürəm. Azərbaycanın AŞPA-da heç bir problemi yoxdur. Azərbaycan AŞPA-da öz mövqeyini birmənalı surətdə ortaya qoydu. Bundan sonra ölkəmizə qarşı hər hansı qərəzli bir addım atıla bilməz".