17 Sentyabr 22:08
10:25
532
Helsinki akvatoriyasında "Karhu" ("Ayı") polis bölməsinin döyüşçüləri helikopterdən gəminin göyərtəsinə desant çıxarılması, kapitan körpüsünün ələ keçirilməsi və göyərtədəki şəxslərin saxlanılması tapşırıqlarını məşq ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Yle məlumat yayıb.
Təlimləri Finlandiya Sərhəd Mühafizəsi təşkil edib. Məşqlərdə Polşa Sərhəd Mühafizəsi və Fransa Hərbi Dəniz Qüvvələri də iştirak edib.
Finlandiya Sərhəd Mühafizəsinin qərargah zabiti İlya İlyinin sözlərinə görə, Baltik dənizində kabellərin və kəmərlərin zədələnməsi ilə bağlı baş verən insidentlər fonunda bu cür təlimlərin keçirilməsi zəruridir.
Məryəm Quliyeva