Səfir: “...Azərbaycan enerji təhlükəsizliyi məsələlərində önəmli rol oynayır“ Siyasət

Səfir: “...Azərbaycan enerji təhlükəsizliyi məsələlərində önəmli rol oynayır“

"ABŞ Azərbaycan və digər ölkələrlə qlobal enerji təhlükəsizliyini təmin etmək üçün fəal şəkildə çalışır". Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, SOCAR prezidenti Rövnəq Abdullayevin Amerika Ticarət Palatasının tədbirində də qeyd etdiyi kimi, ABŞ şirkətləri Azərbaycanda karbohidrogen resurslarının işlənməsində fəal olub: "Prezident Tramp da dəfələrlə qeyd edib ki, Azərbaycan regional, qlobal enerji təhlükəsizliyi məsələlərində önəmli rol oynayır. Biz bu rolun davam etməsi üçün Azərbaycanla birgə fəaliyyətimizi davam etdiririk".