“Ermənistan Xocalıda törədilmiş cinayətlərə görə cavab verməlidir” Siyasət

“Ermənistan Xocalıda törədilmiş cinayətlərə görə cavab verməlidir”

Ermənistan Xocalıda törədilmiş cinayətlərə görə cavab verməlidir.
Bunu Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistan-Türkiyə protokolları ilə bağlı bəyanatına cavab olaraq bildirib.
Türkiyə XİN-in məlumatında deyilir ki, Ermənistan-Türkiyə protokollarının imzalanması Cənubi Qafqazda sülh və sabitliyə nail olmaq və Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını təmin etmək məqsədi daşıyırdı: "Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini dərhal azad etməli və Türkiyəyə "soyqırım"la bağlıı iddialar irəli sürməkdənsə, Xocalıda törədilmiş cinayətlərə görə cavab verməlidir".
Məlumatda o da qeyd olunur ki, Türkiyə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Ermənistan-Türkiyə protokolları barədə bəyanatını pisləyir, çünki bu cür bəyanatlar bu protokolların əsl məqsədini və məramını təhrif etməyə yönəlib: "Ermənistan-Türkiyə protokolları iki ölkə arasındakı münasibətlərin normallaşması üçün imzalanmışdı, lakin Ermənistanın konstitusiya məhkəməsi 12 yanvar 2010-cu ildə protokolların mətninə ziddi olan bir sıra şərtlər irəli sürdü".
Məlumatda vurğulanır ki, bundan sonra Ermənistan prezidenti Serj Sarkisyan 22 aprel 2010-cu ildə protokolların dondurulduğunu bəyan etdi.