“Azərbaycanın təşəbbüsü və fəal iştirakı olmadan...” Siyasət

“Azərbaycanın təşəbbüsü və fəal iştirakı olmadan...”

Tahir Rzayev: "Hər hansı beynəlxalq layihəni reallaşdırmaq mümkün deyil"

"Azərbaycan nümunəvi inkişaf modelinə malik olan bir ölkə kimi dünyada fərqlənir". Bu fikirləri millət vəkili Tahir Rzayev səsləndiriib. O, bildirib ki, son illər davamlı inkişaf sayəsində Azərbaycan regionun lider dövləti səviyyəsinə yüksəlib: "Bunun nəticəsidir ki, bölgədə Azərbaycanın təşəbbüsü və fəal iştirakı olmadan hər hansı beynəlxalq layihəni reallaşdırmaq mümkün deyil. Ölkəmiz, eyni zamanda, müntəzəm olaraq qlobal miqyasda yeni-yeni əməkdaşlıq platformaları ilə çıxış edir ki, bunun da sayəsində respublikamızın beynəlxalq nüfuzu və təsir imkanları əhəmiyyətli dərəcədə artıb. Bu gün müstəqil Azərbaycanın nüfuzlu regional və qlobal faktora çevrilməsinin isə obyektiv əsasları var". Millət vəkili qeyd edib ki, Azərbaycan təməli Heydər Əliyev tərəfindən qoyulan və son 14 ildə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət sayəsində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atılıb. İqtisadi müstəqillik Azərbaycanın çox mühüm perspektivlərə malik ölkə kimi dinamik inkişafını təmin edir.