
"BMT olaraq Azərbaycanla əməkdaşlıqdan çox məmnunuq". Bunu Milli Məclisdə keçirilən "Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu" mövzusunda konfransda BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib.
O qeyd edib ki, əməkdaşlıq müxtəlif sahələri, o cümlədən parlamentlərarası və hökumətlərarası əlaqələri əhatə edir.
Q. İshaqzai bildirib ki, Azərbaycan dayanıqlı inkişafla bağlı xeyli işlər görüb: "Prezidentin dayanıqlı inkişafla bağlı verdiyi fərman təqdirəlayiqdir. Bununla bağlı əməli işlər görülüb".